Dünyada qadın müəllimlərin sayı kişilərlə müqayisədə üstünlük təşkil edir. Lakin son illərdə bəzi ölkələrdə əks tendensiya müşahidə olunmaqdadır. Buna da səbəb oğlan uşaqlarına kişi xarakterini aşılamaq, onlara problemli vəziyyətdə necə davranmağı öyrətməkdən ibarətdir. Bu ölkələrdən fərlqi olaraq Azərbaycanda kişi müəllimləri ilə qadın müəllimləri arasında xeyli say fərqi var. Ölkədə qadın müəllimlər ümumi müəllimlərin 81 faizini təşkil edir. Maraqlıdır, Azərbaycanda kişi müəllimlərin sayının azlığı nədən qaynaqlanır və bu problemin həlli istiqamətində nələr edilməlidir ki, kişi cinsindən olan abituriyentlər seçim edərkən pedaqoji ixtisaslara da üstünlük versinlər? Bu gün kişi müəllimlərlə bağlı digər başlıca problem də hazırda məktəbdə çalışan bu şəxslər arasında 50 yaşdan yuxarı olanların üstünlük təşkil etməsidir. Kişi müəllimlərin sayı çox olarsa, şagirdlərin alternativ informasiya almaq seçimi olacaq, intiharların sayı da azalacaq. Çünki şagirdlər valideyn nəvazişi ilə böyüyür, lakin həyat yalnız nəvazişdən ibarət deyil. Onlar problemi həll edə bilmirlər, sonradan boşanmaların sayı artır, ağır cinayətlər çoxalır. Çünki bu şəxslər problemdən çıxışı bilmirlər, xarakterləri yoxdur. Bundan başqa, qeyd edim ki, kişi müəllimlərin hazırlıq səviyyəsi qəbul nəticələrində özünü daha yüksək biruzə verir. Bu səbəbdən də kişi müəllimlərin sayının artırılması strateji bir məsələdir.
Bir çox xarici ölkələrdə dərs deyən müəllimlər, əsasən, kişilərdir. Azərbaycanda isə təhsil sektorunda çalışan kişi pedaqoqların sayı kəskin şəkildə azdır. Kimisi bunu təhsildə qoyulan qadağalarla əlaqələndirir, kimisi isə əmək haqqı ilə. Bəs görəsən buna səbəb nədir?
Günay Əsgərova
- Baxış: 131