• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1814
— 13.02.2024 08:50

Ermənistan tərəfinin son təxribatı sülh prosesinə ciddi zərbədir

KepezTV Player

Rəsmi Bakı Ermənistan tərəfinin son təxribatını Azərbaycan-Ermənistan arasında sülh prosesinə ciddi zərbə kimi qiymətləndirib. XİN-dən bildirilib ki, son 4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistanın bəyan etdiyi sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Eyni zamanda, bu kimi təxribatın məhz Ermənistandakı Avropa İttifaqı Missiyasının müşahidə həyata keçirdiyi ərazidən baş verməsi bu missiyanın məqsəd və məramlarına dair ciddi suallar yaradır. Azərbaycana qarşı baş verən bu kimi təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.