KepezTV Player
Goranboyda polis yanvar-fevral ayları ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, və digər cinayətlər törədən ümumilikdə 15 nəfəri saxlayıb. Həmin şəxslərdən 4-ü narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Aşkar edilən faktlarla əlaqədar araşdırmalar davam etdirilir.
- Baxış: 178