• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 11.02.2024 18:15

Azərbaycan Prezidenti iranlı həmkarına təbrik məktubu ünvanlayıb

KepezTV Player

Prezident İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisini İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik edib. Dövlətimizin başçısı İran Prezidentinə ünvanlandığı məktubda qeyd edib ki, tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və əməkdaşlığının inkişafı üçün yaxşı zəmindir. "İnanıram ki, Azərbaycan ilə İran arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək” - məktubda vurğulanıb.