• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 11.02.2024 18:13

Prezident İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik ediblər

KepezTV Player

Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib. Bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, Kral Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə səmimi təbriklərini ifadə edərək uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah da Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Küveyt Xəbər Agentliyinin məlumatına görə, Küveytin Baş naziri Əlahəzrət Şeyx Məhəmməd Sabah əl-Salim əl-Sabah da dövlətimizin başçısını seçkilərdə qələbəsi münasibətilə təbriklərini çatdırıb.