KepezTV Player
Mərakeşli jurnalistlər Ağdam, Xocalı və Şuşaya səfər ediblər. Nümayəndə heyəti öncə Ağdam şəhərində Pənahəli xanın “İmarət” kompleksinə, Cümə məscidinə və Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxış keçirib, ermənilərin törətdiyi vandalizm aktlarının şahidi olub. Sonra Əsgəran qalasının yaxınlığında aşkarlanan kütləvi məzarlığa baxış keçirib və çəkilişlər aparıb. Həmçinin, Şuşa şəhərinin mərkəzi meydanından başlayan tanışlıq zamanı Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Aşağı Gövhərağa məscidi, Şuşa qalası, Cıdır düzü ziyarət edilib.
- Baxış: 132