• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 07.02.2024 19:17

Azərbaycan səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə davam edir

KepezTV Player

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə prosesi davam edir. Yerli vaxtla saat 8:00-da Bakı vaxtı ilə 11:00 başlayan səsvermədə İtaliya, Malta və San-Marinoda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan, yaşı 18-ə çatmış və fəal seçki hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının  pasportu və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə iştirak edirlər.