• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1812
— 06.02.2024 09:25

“Neuralink” çipi ilk dəfə insan beyninə implantasiya edilib

Uzun müddət ərzində öz çipini insan beyninə implantasiya etmək üçün müvafiq tənzimləyici orqanlardan icazə almağa çalışmış “Neuralink” şirkəti sonunda bu əməliyyatı reallaşdırıb. Bu barədə Elon Musk xəbər verib. Məlumata əsasən ümumilikdə bu il ərzində “Neuralink” şirkəti 11 nəfər şəxsdə bu cür əməliyyatı keçirtməyi planlaşdırır. İnsanları bu cür riskli əməliyyatın keçirilməsinə razı salan əsas səbəb həmin şəxslərin müxtəlif zədələnmələr nəticəsində öz hərəkət funksiyalarını itirmələridir. Neuralink öz növbəsində insan beyni ilə kompüter arasındakı əlaqə interfeysini elə şəkildə ayarlamağa hədəflənib ki, nəticədə pasient bionik protezləri və ya ekzoskeletləri öz fikir gücü ilə idarə edə bilsin.

İdeal halda isə şirkət öz beyin çipi sayəsində həmin insanların öz hərəkət funksiyalarını geri qazanmalarına nail olmaq istəyir. Elon Musk-ın sözlərinə əsasən “Neuralink”-in beyin çipini əldə etmiş ilk şəxs hal-hazırda əməliyyat sonrası sağalma prosesindədir. Qeyd etmək lazımdır ki, “Neuralink”-in kiçik ölçülü beyin çipi kəllə sümüyünə yerləşdirilir və o, çox nazik elektrodlar vasitəsilə beyinə qoşulur. Musk-ın sözlərinə əsasən “Neuralink”-in beyin çipini əldə etmiş ilk şəxsin beynindəki neyron aktivliyi artıq çip tərəfindən qeydə alınır. Klinik testlər çərçivəsində sözügedən çipin uğurlu olacağı halda şirkət onu “Telepathy” adlandırmağı planlaşdırır.