• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1177
— 26.06.2017 16:40

Bədii gimnastika üzrə Gəncə açıq birinciliyinə yekun vurulub

KepezTV Player

Göygöl Olimpiya İdman Kompleksinin ev sahibliyi etdiyi yarışda 12 komandanın tərkibində 105 gimnast mübarizə aparıb. Uşaq və yeniyetmələr ip, halqa, top, lent və gürzlə hərəkətlərlə münsiflər heyətinin diqqətini cəlb etməyə çalışıblar. Yarışda Gəncə təmsilçiləriylə yanaşı Bakı, Qusar, Şirvan, Sumqayıt və Kürdəmir gimnastları da qüvvəsini sınayıb.


Rəşid Məmmədov- Regionlar üzrə yarışların direktoru: “Yarışı keçirməkdə məqsəd odur ki, azyaşlılar arasında bu idman növünə marağı artıraq. Qeyd edim ki, hər bir yarışda gimnastların həvəsi daha da artır”.

Nurcahan Əliyev- gimnast: “ Biz həmişə başqa regionlarda yarışlarda iştirak edirdik. İndi Göygöldə bu yarış təşkil olundu. Bütün Gəncə gimnastlarının yer tutmalarını istəyirəm”.

Larisa Aulina- Gəncə komandasının məşqçisi: “Biz çox istəyirik ki, gimnastika Göygöldə də inkişaf etsin. Məqsədimiz odur ki, buranın idmanşıları gələcəkdə Bakıda və başqa yerlərdə keçirilən turnirlərdə iştirak etsin. İnanırıq ki. tezliklə siz Göygöl gimnastlarını yarışlarda görəcəksiniz”.

 

Orxan Cəfərzadə