KepezTV Player
Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclasında isə seçki ilə bağlı bütün məsələlərin yekunlaşdığı, azad edilmiş ərazilərdə səsvermə ilə bağlı işlərin yüksək səviyyədə təşkil edildiyi diqqətə çatdırılıb. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, o, fevralın 7-də keçiriləcək prezident seçkisində öz səsvermə hüququndan istifadə edə bilər.
- Baxış: 80