KepezTV Player
Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği müəyyənləşib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Gömrük rəsmiləşdirilməsi zamanı avtomobillərin istehsal ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda 700 manat utilizasiya haqqı olacaq. Sözü gedən məbləğ hər dövlət texniki baxışı zamanı isə maşınların istehsal tarixi 4 ildən 10 ilədək olduqda 10 manat, 10 ildən 20 ilədək olduqda 20 manat olacaq.
- Baxış: 78