• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 31.01.2024 11:58

Prezident seçkilərində DSK-ların ərazisində müşahidə üçün ərizələrin təqdim edilməsi müddəti sabah başa çatır

KepezTV Player

Növbədənkənar prezident seçkilərində seçki dairəsinin ərazisində müşahidə aparılmasına dair ərizələrin müvafiq seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət sabah başa çatır. Seçki Məcəlləsinə əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşı seçkilərin təyin edildiyi gündən başlayaraq prosesin keçirilməsinə 5 gün qalanadək sözügedən ərizələri təqdim etməlidir.