Rənglərin insan həyatındakı rolu böyükdür. Bu, yalnız geyim rənginin seçiminə deyil, həm də saç rənginə aid edilir. Hətta rənglərin psixologiyamıza müsbət və ya mənfi təsirləri olur. Hansı rəng mənə uyğundur, yaxud bu rəng boya məni yaşlı göstərər. Çox maraqlıdır, görəsən dəri tipimizə uyğun saç rəngini necə seçməliyik? Yaxud da təbii saç rəngini necə qaytarmaq olar? Yaxşısı budur sualımızı mütəxəssis cavablandırsın?
Aygula İsmayılova- Stilist-vizajist: “Məsələn, mənim dəri tipim çox bəyaz deyil, mən orta bir rəng seçirəm. Məsələn, qara mənə yaraşmaz. Ona görə də xanımlar çalışmalıdr ki, bədən tonuna, gözün, qaşın rənginə uyğun bir saç rəngi seçsinlər”.
Bir çox xanımlar vaxt baxımından gözəllik mərkəzlərində deyil, ev şəraitində saçlarını boyamağı seçirlər. Bəs ev şəraitində saçlarımıza boyayarkən, nələrə diqqət etməliyik?
Aygula İsmayılova- Stilist-vizajist: “Ev şəraitində çalışsınlar, çox tünd rənglərdən özləri istifadə etməsinlər, diqqətli olsunlar ki, boya gözlərinə dəyməsin”.
Gözəl saç boyası ilə təbii ki, iş bitmir. Burada saç kəsimi də mühüm rol oynayır. Saçı kəsdirən zaman ilk növbədə sifət formasına uyğunluğa diqqət edilməlidir. Bir də ilin trend saç kəsim modellərinə. Bəs 2024-cü il ərzində hər yerdə görəcəyiniz dəbli saç düzümləri hansılardır?
Aygula İsmayılova– Stilist vizajist: “Ümumiyyətlə, çox vaxt gəlinlər saçlarını yığdırırlar, adi günlərdə isə xanımlarımız sadə açıq saçlara, havalı sadə buruqlara üstünlük verirlər”.
Günay Əsgərova
- Baxış: 131