• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 784
— 30.01.2024 08:45

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb

KepezTV Player

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülür. Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 431 ailə - 1627 nəfər köçürülüb.