Bu həftə məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin seçicilərə paylanması müddəti başa çatır. Bu barədə işlər yanvarın 31-dək yekunlaşmalıdır. Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı 80 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Ölkədə 6300-dən çox seçki məntəqəsi var. Hər məntəqəyə 15-ə yaxın müşahidəçi düşür. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, beynəlxalq müşahidəçilərin sayı 800-ə çatıb. “Beynəlxalq qurumların yaxşı müşahidə aparmasını vacib hesab edirik. Çox istərdik ki, xüsusilə ATƏT-in uzunmüddətli missiyası da müşahidə prosesində fəal iştirak etsin. Laçın, Şuşa və azad olunmuş digər ərazilərdə prezident seçkilərinə hazırlıq başa çatıb. Erməni əsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə bilərlər. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir.”, - deyə MSK sədri bildirib.
- Baxış: 96