KepezTV Player
AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 3000 manat cərimələyib. Buna Tovuz təmsilçisinin "Kəpəz"ə 1:2 hesabı ilə uduzduğu Premyer Liqanın XIX turunun oyununda yaşananlar səbəb olub. Klub azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, futbolçusu Faiq Hacıyevin birbaşa qırmızı vərəqə alması ucbatından 1500 manat ödəyəcək. Hacıyevə 1 oyun şərti olmaqla iki matçlıq cəza da kəsilib.
- Baxış: 132