KepezTV Player
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev yeni tədris dövrünə hazırlıq prosesinin gedişini yoxlayıb, "Gizir hazırlığı kursu" ilə maraqlanıb. Məşğələlərdə əsas diqqət kursantların bilik və bacarıqlarının daha da artırılması, Ordumuzun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilib. Baş Qərargah rəisi döyüş və fiziki hazırlıq üzrə tədbirlərin effektiv təşkili, eləcə də hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına dair tapşırıqlar verib.
- Baxış: 89