Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xanlıqlar kənd orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Şöbə rəisi Sənan Əsədov rayonda ötən il 61 fakt üzrə 8 kq-a yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığına diqqət çəkib. Onlardan 8-i narkotik vasitələrin satışı, 50-si qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama, 3-ü isə qannsuz olaraq narkotik vasitələrin kultivasiyası ilə bağlı olub. Aşkarlanan narkotik vasitələrdən 3 kq-a yaxını güclü təsiredici tərkibli olub. Eləcə də yabanı halda bitən 11 ton 850 kq olan 26 min 950 ədəd çətənə kolları məhv edilib. Tədbirdə narkotiklərin cəmiyyət üçün yaratdığı problemlərdən danışılaraq, fəsadları barədə geniş məlumat verilib. Yeniyetmə və gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın mənfi nəticələrindən söz açılıb. Bu istiqamətdə aparılan mübarizə tədbirlərindən danışılıb. Sonda narkomaniyanın fəsadlarından bəhs edən videoçarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.
- Baxış: 117