• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 24.01.2024 15:50

Seçki bülletenlərinin çapına başlanılıb

KepezTV Player

Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisi ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb. Bir həftə davam edəcək proses zamanı 6 milyondan çox bülleten çap ediləcək. Çap prosesini izləyən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiyə hazırlıq prosesi barədə də məlumat verib.

Prezident seçkisi ilə əlaqədar altı milyon beş yüz iyirmi dörd min iki yüz üç seçki bülleteni çap edilməsin nəzərdə tutulub. Bülletenlər seçki dairələrinə, buradan isə məntəqə seçki komissiyalarına göndəriləcək. Milli Məclisin mətbəəsində aparılan çap prosesi bir həftə ərzində yekunlaşacaq.

Məzahir Pənahov- MSK-nın sədri: "Bu bülletenlər Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki məntəqələrinə 5 gün qalmışa qədər paylanmalıdır. İndidən başlamışıqsa, 2-3 günə paylanması başlayar. Xüsusi büllütenlər qablaşdırılır".

MSK-nin sədri Məzahir Pənahov səsvermə prosesində iştirak edəcək müşahidəçilərin sayını da açıqlayıb.

Məzahir Pənahov- MSK-nın sədri: "Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri üzrə 64 minə yaxın müşahidəçi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin sayı 400 nəfərə yaxındır. Bu rəqəmlərə ATƏT və BMT müşahidəçiləri daxil deyil".

Növbədənkənar prezident seçkisində həssas təbəqədən olan seçicilərin iştirakı üçün pandusların quraşdırılmasına da başlanılıb. Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq.

Azad Mustafayev