Köhnə üslub, üsul və ya cihaz kimi şeylər artıq əksər insanlar tərəfindən istifadə edilmir və ya bəyənilmir, çünki hər şey daha müasirlərilə əvəz edilib.
Dəbin saysız- hesabsız formaları var. Hansı ki, mövsümlərlə əlaqədar dəyişməyə davam edir. 60-70-ci illərin əvvəllərindən indiki minilliyə qədər moda meylləri ilə bağlı formalarda, görünüşlərdə və düşüncələrdə böyük dəyişikliklər baş verdi. 80-90-cı illərdə isə moda dünyası heç vaxt görünməmiş şəkildə dəyişməyə başladı. İnsanlar fərqli, qəşəng və müasir görünmək üçün geyimlərinə, yeni saç üslublarına, makiyajlarına: pul kisələri, sırğalar, boyunbağılar və uyğun ayaqqabılar əlavə edərək yeni bir tərz yaratdılar.
Elə geyim və akssesuardan söz düşmüşkən, ilk ayaqqabıların da harada və necə yarandığını araşdırmaq qərarına gəldim.
Sən demə, ayaqqabının 7 min illik tarixi var. Əvvəllər insanlar ayaqqabıya oxşar əşyalarda, xam dəri, yaxud gönlə dolaşıblar. İlk ayaqqabı olan sandal isti ölkələrdə icad olunub. Ən maraqlısı isə keçmişdə ayaqqabıların iki cütünün də eyni tikilməsi idi. Pulenı adlanan uzun və sivri burunlu ayaqqabılar zaman keçdikcə kütlə arasında məşhurlaşmağa başlayır. Necə deyərlər, moda qurban tələb edir. Belə ayaqqabıları geyinmək ayağın strukturunun zədələnməsinə, hətta sınıqlara gətirib çıxartdı. Ardından yüksək dikdaban ayaqqabılar gözəllik məqsədiylə istifadəyə verildi. Və günümüzdə də şarmlı xanımların əvəzolunmaz seçimidir.
Zamandan danışarkən gəlin virtual olaraq səyahət edək. Bu dəfə yolumuz Sudan ölkəsinədir. Sən demə Sudanda dünyanın hər hansı bir ölkəsindən daha çox piramida var.
Bəli-bəli, Sudanda Misirdən daha çox piramida var, həm də rəqəmlər yaxın deyil. Misirdə 138 piramida aşkar edilsə də, Sudanda bunların sayı 255-ə yaxındır.
Virtual olaraq səyahətimiz davam edir. Bu dəfə ölkələrdə olan qadağaları diqqətinizə çatdırmaq istərdim. Deməli, qadağaların əksəriyyəti normal sayılsa da, bəziləri qulağa qəribə səslənir. Götürək elə Taylandın pul əsginazlarını...
Bu əsginazları tapdalamaq olmaz. Çünki bu pulların üzərində ölkənin kralının şəkli təsvir olunub. Pulu tapdalayan şəxs həbs həyatına məhkum oluna bilər.
Digər maraqlı qadağa isə Sinqapurda saqqız çeynəmək və satmaqla bağlıdır. Polis saqqız çeynəyən, yaxud da yerə atdığını gördüyü şəxsə 1000 dollar cərimə tətbiq etmək hüququna malikdir.
Əgər sizin səyahət planınızda bu ölkələrdən birinə getmək varsa, bunları bilməyinizdə fayda var.
Lalə Sadıqova
- Baxış: 180