• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 22.01.2024 19:59

Qoşulmama Hərəkatı ölkələri mina problemi ilə bağlı Azərbaycana beynəlxalq yardımın göstərilməsinə çağırış edib

KepezTV Player

Uqandanın Kampala şəhərində Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Çıxışlarda Hərəkata sədrliyimizin böyük bir hissəsinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycanın bu vəzifənin öhdəsindən nəinki uğurla gəlməsi, hətta irəli sürülən müvafiq təşəbbüslər və platfrormalar ilə Hərəkatı daha da gücləndirməsinə töhfə verməsi qeyd edilib. Qoşulmama Hərəkatı ölkələri mina problemi ilə bağlı Azərbaycana beynəlxalq yardımın göstərilməsinə çağırış edib. Hərakata sədrlik Azərbaycan tərəfindən Uqandaya təqdim edilib.