Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən fəaliyyət göstərməyən ticarət mərkəzinin binasından oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Elmar Əsgərov saxlanılıb. Məlum olub ki, E.Əsgərov yanvar ayı ərzində qeyd olunan obyektə bir neçə dəfə qanunsuz daxil olaraq oradan 2 ədəd seyf, 1 ədəd transformator, 5 ədəd dəmir barmaqlıqlar və digər əşyaları oğurlamaqla zərərçəkmişə ümumilikdə 7000 manata yaxın maddi ziyan vurub. Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 135