• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 20.01.2024 12:18

Xalqın milli iradəsinin zəfər çaldığı gün

KepezTV Player

Ölkəmizin hər yerində olduğu kimi Gəncədə də 20 Yanvar şəhidlərinin xatirəsi anılır. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlər ehtiramla yad olunub. Anım mərasimləri şəhərin Şəhidlər Xiyabanında və 20 Yanvar abidəsinin önündə keçirilir. Şəhidlər Xiyabanında baş tutan şəhər tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər. 20 yanvar müasir tariximizin ən faciəli günlərindən biri olsa da, Azərbaycan xalqının milli iradəsinin zəfər çaldığı gün kimi tarixə həkk olunub. 

Fərid Mehdiyev