KepezTV Player
"DAF" markalı yük avtomobili sürücüsünün Ələt-Astara yolunun 90-cı km-də avtomobili təhlükəli idarə edərək avtoxuliqanlıq hərəkətləri etməsi barədə Baş DYP İdarəsinə daxil olmuş məlumat əsasında araşdırma başladılıb. Nəqliyyat vasitəsinin sürücüsü E.Abdullazadə barəsində protokol tərtib edilib, sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilib.
- Baxış: 149