• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1386
— 19.01.2024 19:35

Elçin Əmirbəyov: Fransanın Azərbaycanla mədəni körpüləri yandırması ən son addımdır

KepezTV Player

Fransanın Azərbaycanla mədəni körpüləri yandırması ən son addımdır. Bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində XIX əsr Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə fransız Evianında qoyulmuş abidəsinə qarşı törədilən vandalizm aktını pisləyən Azərbaycan Prezidentinin nümayəndəsi Elçin Əmirbəyov bildirib. Fransanın Azərbaycana münasibətdə təəccüb və dərin təəssüf hissi doğuran fəhmsiz davranışını xatırladan Prezidentin nümayəndəsi qeyd edib ki, “xarici ölkələrlə münasibətlərin tarixində ilk dəfə hər hansı bir ölkə ikitərəfli münasibətlərə əsaslanmayan və erməni diasporunun təzyiqi altında bu qədər çoxlu sayda qərəzli qətnamələr qəbul edir”. Milli Məclisin Fransa Senatının bir gün əvvəl qəbul etdiyi növbəti anti-Azərbaycan qətnaməsinə reaksiyası qismində Azərbaycan hökumətinə Fransa ilə bütün iqtisadi əlaqələri kəsmək barədə çağırışı da xatırladılır.