• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 19.01.2024 19:33

Azad olunmuş ərazilərdə hərbi polisin xidməti fəaliyyəti yüksək səviyyədə təşkil edilib

KepezTV Player

Azərbaycan Ordusunun hərbi polis bölmələrinin azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək səviyyədə təşkil olunur.Hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində, yeni qurulan stasionar və səyyar postlarda patrul xidməti həyata keçirilir, şəxsi heyətin yoxlanılması və qeydiyyatı, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir. Müdafiə Nazirliyindən bildirilib ki, Ordu bölmələrinin dislokasiya yerlərinə gedən kolonlarının təhlükəsiz hərəkətinin təmini məqsədilə müşayiəti də həyata keçirilir.