• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1839
— 19.01.2024 15:26

Prezident Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb

KepezTV Player

Prezident İlham Əliyevin sərəncamı ilə COP29-un Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib. Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevdir. COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev də daxil olmaqla, 41 nəfər Təşkilat Komitəsinin üzvüdür.

Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün 2024-cü il dövlət büdcəsindən Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu, Bakı şəhəri Dağ yəhudiləri dini icması, Avropa yəhudilərinin Bakı dini icması, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumu və Azərbaycanın Alban-Udi xristian dini icması, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun hər biri üçün 350 min manat ayrılıb.