• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 19.01.2024 11:21

Ombudsman 20 Yanvar faciəsini törədənlərin mühakiməsi üçün beynəlxalq təşkilatlara çağırış edib

KepezTV Player

Ombudsman Səbinə Əliyeva 1990-cı il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb. "Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür. İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Beynəlxalq təşkilatları dinc əhaliyə qarşı törədilmiş və insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu amansız cinayətə hüquqi qiymət verməyə, təqsirkar şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələri məqsədilə qətiyyətli addımlar atmağa çağırıram", - deyə Ombudsman qeyd edib.