• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1673
— 18.01.2024 08:49

Yataqxana binasında yanğın olub

KepezTV Player

Sumqayıtda 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib. Həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb. FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. Yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb edilib. 4 nəfər tüstüdən zəhərlənib. Yanğın baş verən yataqxanada 11 ailə məskunlaşıb. Onlardan 7-si Qubadlı, ikisi Cəbrayıl, ikisi isə Laçın rayonundandır.