KepezTV Player
Paytaxtın Xətai rayonu, Gəncə prospekti 81 ünvanında liftdə baş verən qəza səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. TƏBİB-dən verilən məlumata görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub. Olay nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 1 kişi, 1 qadın və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 azyaşlı isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
- Baxış: 169