KepezTV Player
Gəncədə "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda tədbir keçirilib. Ətraf regionların da dairə və məntəqə seçki komissiyalarının sədrlərinin iştirak etdiyi tədbir maarifləndirmə xarakteri daşıyıb. Vətəndaşların seçki hüququnun təmini, növbədənkənar prezident seçkiləri ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolundan bəhs edilib. Bu xüsusda Dairə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən danışılıb. Analoji tədbir digər regionlarda da keçiriləcək.
- Baxış: 100