• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 16.01.2024 12:25

Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə dəstəyi verəcək

KepezTV Player

Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzi tərəfindən Azərbaycan  Minatəmizləmə Agentliyinə maliyyə yardımı göstərilməsi haqqında Memorandum imzalanıb. Sənədi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman adına Humanitar Yardım Mərkəzinin tibb və ətraf mühit departamentinin direktor müavini Abdulla Məhəmməd Əlvadeyi imzalayıb. Tərəflər həmçinin mina təhlükəsi ilə mübarizəyə dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.