• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 15.01.2024 11:46

Hava şəraiti ilə əlaqədar yollardakı vəziyyət

KepezTV Player

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb. Şəmkir - Gədəbəy yolunda yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur. Gəncə - Daşkəsən yolunda da yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.