• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 13.01.2024 19:04

COP29 ekoloji tarazlığa öz töhfəsini verəcək

KepezTV Player

Son dövrlərdə qlobal iqlim dəyişməsinin təzahürləri hər addımda hiss olunmaqdadır. Onun fəsadlarının aradan qaldırılması üçün  atılan addımlar yetərli deyil. Yaşıl iqtisadiyyata keçid isə ətraf mühitə, atmosfer havasına atılan, istixana effekti yaradan qazların miqdarının azadılmasına xidmət edə bilər. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim dəyişmələri üzrə baş verən proseslərin müzakirəsi üçün ideal platformadır.

Faiq Mütəllimov- ETSN-in ekoloji siyasət şöbəsinin müdiri: “Həmin bu tədbirin nəticəsini qəbul edəcək sənədlərdə öz mövqeylərinin maraqlarının təmsil olunmasının nəzərə alınması üçün indidən öz fəaliyyətlərinə başlayır. Ona görə də bu, çox böyük bir tədbir olacaqdır. Bu tədbirin nəticəsində də növbəti dövr üzrə bu sahədə fəaliyyətlərində baş verməsi üçün qərarlar qəbul ediləcəkdir”.

Bu konfransın ölkənin qərb bölgəsi üçün də əhəmiyyəti az olmayacaq. Bunlardan ən başlıcası ətraf mühitə vurulan zərərlərin yumşaldılması məqsədi ilə kənd təsərrüfatında yeni texnika və texnologiyalardan istifadənin təşviqi olacaq. Müasir aqrotexniki tədbirlərə üstünlüyün verilməsinə əsas yaradacaq. 

İrşad Abbasov- müstəqil ekoloji ekspert: “Qərb bölgəsində ətraf mühitin mühafizəsinin diqqətinin artırılması və əsasən də kənd təsərrüfatı teqradasiyaya uğramış torpaqlarımızın yenidən əkinə qaytarılmasına kömək edəcəkdir. Qlobal iqlim dəyişməsinin təzahürlərinin yumşaldılması üçün adaptasiya tədbirlərinin hazırlanıb, həyata keçirilməsi də nəzərdə tutulmuşdur”.

Ölkəmiz həmçinin 2025-ci ilə kimi emissiya qazlarının 40 faizə qədər azadılmasını da öz üzərinə öhdəlik kimi götürüb. Bu isə o deməkdir ki, qərb bölgəsi də daxil olmaqla ətraf mühitin qorunması, iqtisadiyyatın yaşıllaşdırılması, ətraf mühitə atılan tullantıların minimuma endirilməsi istiqamətində fəaliyyət göstərən sənaye sahələrinin inkişafına diqqət artırılacaq.  

Elnur Vahidoğlu