Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlarda nəzarətçi kimi iştirak etmək istəyənlər üçün Gəncədə təlimlərə başlanılıb. 175 nəfərin qatıldığı təlimdə zal nəzarətçisinin təlimatında nəzərdə tutulan qaydaları izah edilir. Zal nəzarətçilərinin öhdəlikləri, imtahan vaxtı üzərlərinə düşəcək vəzifələr başa salınır. Dövlət İmtahan Mərkəzinin nümayəndələri tərəfindən prosesdə tətbiq ediləcək yeniliklər iştirakçılara izah edilir.
Araz Qədiməliyev- təlimçi: "Təlimlərin müddəti ərzində biz onlara praktik bacarıqla yanaşı, nəzəri tapşırıqlar da verəcəyik. Ümumi nəticə əldə etmiş nəzarətçilər imtahana buraxılacaqlar".
Mehri Xəlilova- iştirakçı: "Bizi imtahanda özümüzü necə aparmaq, nəzarətçinin rolu nədən ibarətdir, onu bizə keçirlər. Gələcəkdə biz bunları, nəzarət etdiyimiz imtahanlarda tətbiq edəcəyik".
Ayxan Abbasov- iştirakçı: "Təlimlərin birincisində iştirak etdikdən dərhal sonra ikinci təlimə dəvət olunduq. Bu təlimi də keçirməkdə məqsəd imtahan prosesinin şəffaf idarə olunması, imtahanların daha düzgün şəkildə idarə edilməsini həyata keçirməkdən ibarətdir".
- Baxış: 216