• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1092
— 11.01.2024 11:23

Yanvarın 12-də seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi prosesi başa çatacaq

KepezTV Player

Seçki məsələsində birinci növbədə hamımız Azərbaycan vətəndaşı kimi çıxış etməliyik. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov vurğulayıb. "Mətbuat hər zaman çalışmalıdır ki, seçki proseslərini izləməklə yanaşı, çatışmazlıqları da yaxından araşdırsın", - deyən MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələrinin seçkilərdəki rolu həmişə yüksək tutmalıdır.

Bu arada, növbədənkənar prezident seçkisi ilə əlaqədar müvafiq dairə seçki komissiyalarının seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi prosesi sabah başa çatır. Seçki ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir. Qeydiyyatdan çıxma yəni səsvermə vəsiqəsinin verilməsi prosesi isə səsvermə gününə 24 və 3 gün qalanadək təmin edilməlidir. Bu müddət isə 2024-cü il yanvarın 14-dən fevralın 4-dək olan dövrü əhatə edir.