• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1318
— 11.01.2024 11:09

Minik avtomobili aşıb, xəsarət alan var

KepezTV Player

Zaqatala rayonu, Gözbarax kəndində “KİA SORENTO” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb və avtomobilin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 1989-cü il təvəllüdlü sürücü Qurbanov Rövşən Əbdulsalam oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.