• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 11.01.2024 08:58

Prezident İlham Əliyev: Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılıb

KepezTV Player

"Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılıb. Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz isə hesab edirik ki, buna heç bir ehtiyac yoxdur". Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. "Sülh müqaviləsi ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır", deyən Prezident qeyd edib ki, əgər kimsə kömək etmək istəyirsə, Azərbaycan buna etiraz etmir. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın.