• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 10.01.2024 16:02

Xocalı və Xankəndiyə qayıdış başlayacaq

KepezTV Player

Bu il işğaldan azad edilmiş rayonlara qayıdış arealı daha da genişləndiriləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun sözlərinə görə, bu proses 2024-cü ilin ilk yarısına qədər reallaşdırılacaq. Qeyd edək ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcəyini deyib. Eyni zamanda, bu il Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.