• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 09.01.2024 11:32

Prezidentliyə namizədlər azad edilmiş ərazilərdə seçicilərlə görüşə biləcəklər

KepezTV Player

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədiyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri yanvarın 8-i saat 18-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməyib. Bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyi qeydə alınmayacaq. Mərkəzi Seçki Komissiyası seçkiqabağı təşviqat üçün ayrılan daimi görüş yerlərinin siyahısını da açıqlayıb. Daimi görüş yerləri 139-u açıq, 139-u qapalı olmaqla, ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub. Həmin siyahıda Zəngilan rayonunun Ağalı kəndində, Şuşa şəhərində, Laçın şəhəri və Laçının Zabux kəndi ərazisində ayrılan yerlər də qeyd edilib. Yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər. Prezident seçkilərində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən seminar-müşavirələrə də başlanılıb. Bu gün Bakıda keçirilən maarifləndirmə tədbirləri yanvarın 12-də Gəncədə, yanvarın 14-də Şəkidə, yanvarın 16-da Şirvanda və yanvarın 18-də Naxçıvanda keçiriləcək. Növbədənkənar Prezident seçkisi fevralın 7-nə təyin edilib.