• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 08.01.2024 20:28

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin rəsmi qarşılanma mərasimi olub

KepezTV Player

Azərbaycana rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı qarşılayıb.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri prezidentlərinin geniş tərkibdə görüşü keçirilib. Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılıb. Prezident İlham Əliyev ötən ilin oktyabrında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğunu xatırladıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: “Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq, birinci addımdır”. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Birləşmiş Ərəb Əmirliklərinin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur.

Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan - Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti: Ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində də əlaqələrimizin və əməkdaşlığımızın inkişafı istiqamətində səylərimizi səfərbər edəcəyik. İki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və biz müxtəlif sahələrdə daimi inkişaf və uğurun şahidi oluruq. Biz də Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında, iki ölkənin və iki xalqın rifahı və çiçəklənməsi naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq.

Səfər çərçivəsində “Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” da daxil olmaqla, imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfəri başa çatıb