• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1715
— 08.01.2024 09:25

Killian Mörfi “Qızıl Qlobus”a layiq görülüb

KepezTV Player

İrlandiyalı aktyor Killian Mörfi “Oppenheymer” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus”a layiq görülüb. Amerikalı aktyor Robert Dauni isə “Oppenheymer” filmində ikinci planda ən yaxşı aktyor nominasiyasında “Qızıl Qlobus” mükafatını qazanıb. Kristofer Nolanın “Oppenheymer” bioqrafik trilleri ilk dəfə ötən ilin iyulun 21-də yayımlanıb. Əsər atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir. Əhəmiyyətinə görə “Oskar”dan sonra ikinci sırada dayanan “Qızıl qlobus” 1942-ci ildən etibarən Hollivudda akkreditə olunan 50 ölkəni təmsil edən jurnalistlərin seçdiyi kino və televiziya filmlərinə verilir. Mükafat 25 nominasiya üzrə (14-ü kino, 11-i televiziya sahəsində xidmətə görə) təqdim olunur. Hər bir kateqoriyaya adətən 5 namizəd irəli sürülür. Qaliblər namizədlər arasından səsvermə yolu ilə seçilir.