KepezTV Player
Qarşıda duran əsas vəzifələrdən biri Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələrindən ibarət cinayətkar birlik tərəfindən törədilmiş cinayət faktlarına görə Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsinin icraatında olmaqla birgə vahid istintaq qrupu tərəfindən istintaqı aparılan cinayət işinin yekunlaşdırılması və təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilməsidir. Bu barədə Baş Prokurorluqda 2023-cü ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. Tədbirdə 2023-cü ildə ölkə üzrə 11 işin daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açıldığı da diqqətə çatdırılıb.
- Baxış: 65