• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 07.01.2024 16:49

Prezident Yaponiyanın, Lüksemburqun və Perunun yeni təyin olunmuş səfirlərini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edib. Dövlət başçısı yaşıl iqtisadiyyata keçid, yüksək texnologiyaların inkişaf etdirilməsinin Azərbaycanın prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan COP29 çərçivəsində Yaponiya ilə birgə iş birliyinə hazırdır.

Lüksemburq səfiri Alain de Muyser də dövlət başçısının qəbulunda olub, etimadnaməsini təqdim edib. Dövlət başçısı Azərbaycan ilə Lüksemburq arasında əlaqələrin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından önəmini qeyd edib. Əməkdaşlığın inkişafı üçün səylərin fəallaşdırılmasının zəruriliyini bildirib.

Bu gün Prezident İlham Əliyev Perunun ölkəmizə yeni təyin olunmuş səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnaməsini də qəbul edib.