• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2072
— 05.01.2024 19:20

Mərkəzi Seçki Komissiyası müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

KepezTV Player

Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. MSK-dan verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərməkdən ibarətdir. Yaddaş kitabçası Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 4 şəxsin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.