• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2214
— 04.01.2024 19:54

Yol qəzası nəticəsində xəsarət alanlar olub

Zaqatala yol qəzası xəsarətlə nəticələnib. Hadisə Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. "Mercedes" markalı mikroavtobusla Niva markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Muğanlı kənd sakinləri, 1994-cü il təvəllüdlü Əliyev Yusif Bayram oğlu, 1987-ci il təvəllüdlü Qurbanov Səxavət Qəhrəman oğlu və 2014-cü il təvəllüdlü Dəmirov Ziya Saleh oğlu xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla vağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.