KepezTV Player
Gəncədə öz xeyirxahlığı ilə xalqın böyük hörmətini qazanan Comərd Qəssabın məzarüstü türbəsinin ətrafında abadlıq işləri görülüb. Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmiləri və şəhər ictimaiyyətinin nümayəndələri görülən işlərlə tanış olublar. Türbənin ətrafına toplanaraq, gölməçə əmələ gətirən sular çəkilib, daxildə olan palçıq qatı təmizlənib. Ətrafda məhəccərlər düzəldilib, skamyalar qoyulub və yaşıllıq zolağı yaradılaraq şəhər sakinlərinin ixtiyarına verilib. Qədim Gəncə ərazisində yerləşən türbə 2004-cü ildə Heydər Əliyev Fondu tərəfindən bərpa edilib.
- Baxış: 203