• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2215
— 30.12.2023 16:53

Əlamətdar bayramlar qeyd edilib

KepezTV Player

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birliyinin simvoludur. Bu bayram dünyanın 100-dən artıq ölkəsində azərbaycanlılar tərəfindən qeyd edilir. Azərbaycanlılarla sıx əlaqələr qurmaq, onlar arasında  həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu fikirlər Gəncə Dövlət Universtetinin nəzdində olan regional kollecdə şəhid ailələri, qazilərin də iştirak etdiyi tədbirdə səsləndirilib. Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının ulu öndər Heydər Əliyev tərəfindən təşəbbüsdən əməli işə çevrildiyinə diqqət çəkilib. Tədbirdə regional kollecin tələbələrinin ifasında vətənpərvərlik ruhunda mahnılar ifa olunub, şerlər səsləndirilib.

 Vüsalə Kəngərli - kollecin şöbə müdiri: Dünya azərbaycanlıların həmrəylik gününün tarixini ulu öndərimiz qoyubdur. Fəxrlə deyə bilərik ki, Qarabağımız azaddır. Xalqımız həmrəy oldu, dəmir yumruq şüarı altında birləşərək ərazi bütövlüyümüz azad oldu.