“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il bayramı” münasibəti ilə Naftalanda bayram tədbiri təşkil olunub. Əlamətdar bayramlar münasibətilə təbriklər səsləndirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün təsis edilməsinin görkəmli siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmətin təcəssümü kimi dəyərləndirilib. Əsası ümummilli lider tərəfindən qoyulan xalqımızın inkişaf yolunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə diqqət çəkilib. Yola salmağa hazırlaşdığımız tarixi il, “Heydər Əliyev İli” 30 illik işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edildiyi il kimi xalqımızın tarixinə əbədi olaraq qızıl hərflərlə yazıldığı bildirilib. Tədbir mədəniyyət və incəsənət xadimlərinin rəngarəng ifaları ilə müşayiət olunan konsert proqramı ilə davam edib. Sonda Şaxta baba və Qar qız tədbirdə iştirak edən uşaqlara bayram hədiyyələri təqdim ediblər. Tədbir Naftalan Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
- Baxış: 192