KepezTV Player
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Vergi Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirlərı keçirilib. Baş Prokurorluqdan verilən məlumata görə, 4 məhdud məsuliyyətli cəmiyyətin vəzifəli şəxslərinin 2023-cü ilin noyabr-dekabr ayları ərzində yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satmalarına, həmin məhsulları saxta aksiz markaları ilə markalamalarına və qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə şübhələr müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb. Müəssisələrə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb.
- Baxış: 205